RU

Aydan 1 ildən sonra işinə qayıtdı - VİDEO

Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 il sonra yenidən işinə qayıdıb.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı AZAL paylaşım edib.

“Bəzən sözlər kifayət etmir, amma yol davam edir.

J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu.

O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? - paylaşımda qeyd olunub.

Избранный
45
16
sabahinfo.az

7Источники