RU

İqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlərin sayı 2 dəfəyədək artıb

Bakı, 26 dekabr, AZƏRTAC

2025-ci ilin yanvar-oktyabr ayları ərzində iqtisadi təmərküzləşmə əməliyyatları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baxılmış müraciətlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artım müşahidə edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, iqtisadi təmərküzləşmə əməliyyatlarının tənzimlənməsi bazarda rəqabətin məhdudlaşdırılmasının qarşısının alınmasına və istehlakçılar üçün daha əlçatan və sağlam seçim imkanlarının təmin edilməsinə şərait yaradır.

Избранный
66
1
azertag.az

2Источники