Azərbaycan Gimnastika Federasiyasının idmançıları üçün antidopinq maarifləndirmə seminarı keçirilib.
Fanat.Az xəbər verir ki, AMADA-nın təşkilatçılığı ilə bağlı tutan tədbirdə idmançılara qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, eləcə də idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat çatdırılıb.
Bildirilib ki, təmiz idman dəyərlərinə riayət edilməsi idmançının uzunmüddətli və uğurlu karyerasının formalaşmasında əsas amillərdən biridir. Dopinqdən uzaq qalmaq idmançının sağlamlığının qorunmasına, nəticələrin ədalətli şəkildə əldə edilməsinə və şəxsi nüfuzunun saxlanılmasına xidmət edir.
Tədbir interaktiv formatda təşkil olunaraq sual-cavab sessiyaları ilə davam edib. Seminarın əsas məqsədi idmançıların antidopinq qaydaları üzrə məlumatlılığını artırmaq, mümkün risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərinə sadiqliyi gücləndirmək olub.