RU

Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu

İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı həbsinə order verdiyi 14 futbolçudan biri Azərbaycan millisinin sabiq üzvüdür.

Far.Az Sportnet.az-a istinadən xəbər verir ki, bu, 26 yaşlı mərkəz müdafiəçisi İsmail Karakaşdır.

Karakaş vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında çıxış edib. O, U-19-un heyətində 3, U-17-də 11 oyunda iştirak edib.

Müdafiəçi hətta 2017-ci ildə Bakıda keçirilmiş U-17 Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiyaya (0:1) qarşı forma geyinib.

Hazırda Karakaş Türkiyənin səviyyəcə dördüncü, amma 3-cü Liqa adlandırılan çempionatında "Erciyes 38"in formasını geyinir.

Избранный
69
far.az

1Источники