RU

Çinin Azərbaycanın emal sənayesinə investisiyaları 40 dəfə artıb - AAİB

Bakı. Trend:

2025-ci ilin ilk yarısına olan vəziyyətə görə, Azərbaycanın Çintərəfindən toplanmış birbaşa xarici investisiyaları (BXXİ) 405milyon dollar təşkil edir ki, bu da 2016-cı ilin 259 milyon dollarıilə müqayisədə artım deməkdir.

Trend bu barədəAvrasiya İnkişaf Bankının (AAİB) hesabatına istinadən məlumatverir.

Hesabata görə, BXXİ-nin orta illik artım tempi 2016-cı ildən4,8% olmuş, 2022-ci ildən etibarən isə demək olar ki, illik 9,7%təşkil edib.

“Hesabatda qeyd olunur ki, portfelin əsas hərəkətverici qüvvəsiemal sənayesidir və Azərbaycanın Çin BXXİ-lərinin 88%-i (2025-ciilin ilk yarısına 355 milyon dollar) məhz bu sahəyə yönəlib. Sektorüzrə yatırımların həcmi 2016-cı illə müqayisədə demək olar ki, 40dəfə artıb,” – deyə hesabatda bildirilir.

Bankın analitikləri qeyd edir ki, elektrik və qaz təminatısahəsində ümumi həcmi 50 milyon dollar olan layihələr də ortayaçıxıb (portfelin 12,3%-i).

“Elektrik enerjisi sahəsində “Universal Energy”, “UniversalSolar Azerbaijan” vasitəsilə Qobustan rayonunda 100 MVt gücündəGünəş Elektrik Stansiyası inşa edir. İnvestisiyaların həcmi 100milyon dollar qiymətləndirilir. Paralel olaraq, “China DatangOverseas” Böyükşor gölü ərazisində 30 MVt saxlama sistemli 100 MVtgücündə günəş elektrik stansiyası layihəsini hazırlayır,” – deyəhesabatda qeyd olunub.

Emal sənayesi layihələrinə gəlincə, AAİB qeyd edir ki, "BYD"şirkəti Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarınınyığımı üçün “Electrify Azerbaijan” müəssisəsini qurur. İlkininvestisiya 17 milyon dollar təşkil edir, istehsalıngenişləndirilməsi halında bu məbləğ 60–94 milyon dollara çatdırılabilər. Ağdam Sənaye Parkında isə özəl Çin investoru “FujiaiAzerbaijan” zavodunu açır; zavod lift və eskalator istehsalı iləməşğul olacaq və planlaşdırılan investisiya həcmi 2 milyondollardır. Bütün layihələr başlıca olaraq investorların öz vəsaitihesabına maliyyələşdirilir ( Çin tərəfindən birbaşa büdcə dəstəyiolmadan).

Hesabatda qeyd olunur ki, Cənubi Qafqaz ölkələrində toplanmışbirbaşa Çin investisiyaları davamlı artım nümayiş etdirir və sahəstrukturunda keyfiyyətli transformasiyanı əks etdirir. 2016-cıildən 2025-ci ilin ilk yarısına qədər BXXİ həcmi 284 milyondollardan 690 milyon dollara qədər artıb. İnvestisiya portfeliəsasən Azərbaycana və Gürcüstanda cəmlənib (investisiyaların99%-i).

Избранный
93
az.trend.az

1Источники