ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
"Dövlət rəhbəri fərdi statusdan daha çox institusional simvoldur. Ona qarşı qeyri-etik söz və davranışlar konkret bir şəxsə deyil, dövlət institutlarına, milli rəmzlərə və dövlətin təmsil etdiyi dəyərlərə yönəlmiş münasibət anlamı daşıyır. Bununla yanaşı, son dövrlər internet resurslarında və sosial şəbəkələrdə əsassız, təsdiqini tapmayan məlumatların konkret tibb müəssisələrinin və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır. Bu cür paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır, lakin cəmiyyətə fakt kimi təqdim olunur.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov deyib.
O qeyd edib ki, həkimlər peşəkar reputasiya riski ilə üz-üzə qalır, hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəlisi – ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən, habelə tibbi müdaxilələrdən yayınma meyli yaranır. Bu isə artıq təkcə həkimin deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir:
“Bu baxımdan hesab edirəm ki, qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması, faktların təsdiqi və məsuliyyət balansı da dəqiq şəkildə nəzərə alınmalıdır. Tənqid mümkündür, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır. Əks halda biz cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkilən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil. Təklif edirəm ki, ikinci oxunuşda bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.