RU

Münhendən Pekinə yollanan təyyarədə sərnişin öldü, Almatıya təcili eniş edildi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Almaniyanın Münhen şəhərindən Pekinə yollanan "Lufthansa" aviaşirkətinə məxsus təyyarə uçuş zamanı bir sərnişinin ölməsi səbəbindən Almatıda təcili eniş edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Tengri Travel" nəşri Qazaxıstan Aviasiya Administrasiyasının Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, uçuş dekabrın 26-da səhər saatlarında başlayıb. Otuz yaşlı kişinin halı pisləşib və sonra huşunu itirib.

Pilotlar dərhal eniş etmək qərarına gəliblər. Tibbi briqada təyyarəni Almatıda qarşılayıb, lakin sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Təyyarədə ölən şəxsin ürək xəstəliyindən əziyyət çəkdiyi ehtimal edilir. Hadisə ilə bağlı cinayət işi açılıb.

Təyyarə Almatı hava limanında yanacaq doldurub və Çinə uçub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
1
oxu.az

2Источники