RU

Xocavəndin Hadrut qəsəbəsinə 13 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsinə 13 ailə olmaqla 51 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Onu da qeyd edək ki, Hadrut qəsəbəsi ilə ilə paralel olaraq Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə (48 nəfər) doğma yurda qayıdıb.

Избранный
50
39
nocomment.az

10Источники