İranlı müdafiəçi Said İranxanla əməkdaşlığa son qoyan "Karvan-Yevlax" daha bir legionerlə vidalaşmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, portuqaliyalı yarımmüdafiəçi Vitor Roşadır.

Klub rəhbərliyi hazırda ümidləri doğrulda bilməyən Roşanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi üçün danışıq aparır.
Qeyd edək ki, 6 xala malik "Karvan-Yevlax" Misli Premyer Liqasının turnir cədvəlində sonuncu - 12-ci pillədədir. Uğursuz nəticələr səbəbindən baş məşqçi Azər Həşimovla yollarını ayıran klub idarəçiləri komandanı Füzuli Məmmədova tapşırıb.
Nihat