Ermənistan hökumətinin son iclasından sonra Nikol Paşinyan Baş nazirin aparatının rəhbəri Araik Harutyunyanla sərt danışıb.
“Cebheinfo.az”-ın məlumatına görə, “İravunk" qəzeti belə yazır.
“O, Harutyunyanı kilsəyə qarşı kampaniyanı pozmaqda ittiham edib. “Sən yalnız boş-boş danışmağı bilirsən. Dedin, bu məsələni mənə burax, mən də buraxdım, bəs sən nə etdin?”,-deyə Paşinyan aparat rəhbərini danlayıb.