RU

"İmişli"nin futbolçusu iş yerini dəyişmək üzrədir - SON DURUM

"İmişli"nin futbolçularından biri iş yerini dəyişməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu mövqelərində çıxış edən İbrahim Əliyevdir.

İndiki klubunda oyun praktikasından əziyyət çəkən ön xətt oyunçusunun xidmətində 1-ci Liqanın lideri "Şəfa" maraqlıdır. 26 yaşlı forvardın özü də Bakı təmsilçisinə keçmək variantına isti yanaşır. Hazırda tərəflər bu yöndə danışıqları davam etdirir.

Qeyd edək ki, İbrahimin "İmişli" ilə müqaviləsinin müddəti 2026-cı gələn ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm Premyer Liqada 9 matçda cəmi 89 dəqiqə oynayan futbolçu məhsuldar göstəriclərlə yadda qalmayıbsa, Bizon Azərbaycan Kubokunda 2 qarşılaşmada 1 qola imza atıb.

Nihat

Избранный
39
1
fanat.az

2Источники