RU

Paşinyan: “Tehranla əməkdaşlıq dinamik şəkildə genişlənməkdədir"

Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İranla strateji tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətində olduğunu bəyan edib. Bildirib ki, iki ölkə arasında münasibətlər istədiyi kimi, yüksək səviyyədədir.

Hafta.az yazır ki, Paşinyan “Tehranla əməkdaşlıq dinamik şəkildə genişlənməkdədir. Yeni saziş ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə imkan yarada bilər” deyib.

Ermənistanın “Azat” televiziya şəbəkəsinin məlumatına görə, bu təşəbbüs ölkənin son dövrdə həyata keçirdiyi xarici siyasət xətti ilə uzlaşır və belə addımlar İrəvanın müxtəlif beynəlxalq tərəfdaşlarla münasibətləri möhkəmləndirmək öhdəliyini, həmçinin diplomatiyada çoxşaxəli yanaşmanı nümayiş etdirir.

Избранный
33
hafta.az

1Источники