RU

Deputat: Tibb ilə bağlı əsassız məlumatların yayılmasına qarşı effektiv mexanizmlər formalaşdırılsın

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Son dövrlər internet resurslarında əsassız, təsdiqini tapmayan məlumatların konkret tibb müəssisələrinin və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu cür paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır, lakin cəmiyyətə fakt kimi təqdim olunur:

"Nəticə etibarilə həkimlər peşəkar reputasiya riski ilə üz-üzə qalır, hüquqi təzyiq qorxusu formalaşır. Və ən təhlükəlisi, ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən və tibbi müdaxilələrdən yayınma meyli yaranır. Bu isə artıq təkcə həkimin deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir.

Unutmamalıyıq ki, tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir.

Bu baxımdan hesab edirəm ki, qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması, faktların təsdiqi və məsuliyyət balansı da dəqiq şəkildə nəzərə alınmalıdır. Tənqid, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır.

Əks halda biz cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkinən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil.

Təklif edirəm ki, qanunda bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
10
baku.ws

10Источники