RU

Sərnişinlərin nəzərinə: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunacaq

Bakı. Trend:

26 dekabr 2025-ci il, Bakı – 1 yanvar 2026-cı il tarixindənetibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədəqaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malikolmalıdırlar.

Trend xəbərverir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzitməqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı iltarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərəsəyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı vəuçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir.

Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədəolduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxıştarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdənsığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimumməbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.

Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləritərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formadatəqdim olunmalı, gürcü və ya ingilis dilində tərtibedilməlidir.

Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:

• Sığorta müqaviləsinin tərəfləri;

• Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;

• Sığortanın predmeti;

• Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;

• Sığorta riskləri;

• Sığorta təminatının məbləği (limitlər);

• Sığorta haqqının məbləği;

• Ödənişin yeri və şərtləri.

Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanununa əsasən tətbiqedilir. Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbarisağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinintəsdiq edilməsi haqqında” qərarı 1 yanvar 2026-cı il tarixindəqüvvəyə minir.

Məqalədə:
Избранный
18
49
az.trend.az

3Источники