RU

Pilotsuz uçan aparatlara qarşı “görünməz qalxan”HAZIRLANDI

Polşa alimləri pilotsuz uçan aparatların (PUA) fəaliyyətini dərhal dayandıra bilən elektromaqnit sistemi “Stratus”u hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.

Layihə Gdanisk Texniki Universitetinin alimləri tərəfindən hazırlanıb. “Stratus” sistemi PUA-ların elektron komponentlərini pozmaq və ya sıradan çıxarmaq üçün güclü elektromaqnit impulslarından istifadə edir. Bu üsul dronları partlayışsız məhv etməyə imkan verir.

Ekspertlər sistemi “görünməz qalxan”a bənzədiblər, çünki dronları fiziki şəkildə vurmaq əvəzinə elektron üsulla sıradan çıxarır. Texnologiya artıq nəzarət edilən sınaqlardan keçib, lakin hələ tam istifadəyə verilməyib.

“Stratus”un potensial istifadəsi kritik infrastrukturların qorunması və kütləvi tədbirlərin keçirildiyi yerlərdə nəzərdə tutulub, burada ənənəvi PUA ilə mübarizə üsulları əlavə risklər yarada bilər.

Nuriyyə NATİQQIZI

Избранный
87
redaktor.az

1Источники