RU

Banan bu xəstələr üçünFAYDALIDIR

Dietoloq Felipe Qazoni bildirib ki, hipertoniya xəstələri qidalanma rasionunu dəyişməklə arterial təzyiqi nəzarət altına ala bilərlər.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Metropoles" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, banan, portağal, ispanaq və kartof orqanizmdə natrium səviyyəsinin tarazlanmasına kömək edir ki, bu da qan təzyiqinin tənzimlənməsinə müsbət təsir göstərir.

“Bu məhsullar bədəndə duz balansını normallaşdıraraq təzyiqin aşağı düşməsinə şərait yaradır”, - deyə Qazoni qeyd edib.

Dietoloq həmçinin gündəlik qida rasionuna yulafın əlavə olunmasını tövsiyə edib. Onun tərkibində olan liflər qan təzyiqinə müsbət təsir göstərir. Bundan başqa, yağlı balıqların da menyuda yer alması məsləhət görülür. Çünki bu məhsullar iltihabəleyhinə xüsusiyyətlərə malikdir və ürək-damar sağlamlığını dəstəkləyir.

Aytəkin TOFİQQIZI

Избранный
56
redaktor.az

1Источники