Biləsuvarda yanğın hadisəsi baş verib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhər mərkəzində “Meliratorlar qəsəbəsində, Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə qeydə alınıb. Evdə başlanan yanğın qısa müddətdə bütün evi əhatə edib. Evdə xəstə olan iki nəfər yanğından xilas olunub.
Hadisə yerinə çağırılan FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları, yanğını söndürüb və digər tikililərə keçməsinin qarşını alıb.
Faktla bağlı araşdırma aparılır.
