RU

Kəlbəcərdə 32 ildən sonra ilk

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kəlbəcər şəhərinə köçən sakinlər 32 ildən sonra ilk dəfə Yeni il bayramını doğma yurdlarında qarşılamağa hazırlaşırlar.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, 32 illik fasilədən sonra şəhərdə yeni il bayramı ab-havası hökm sürür. Kəlbəcərin mərkəzində böyük yolka qurulub və bəzədilib, ətraf ərazilər işıqlandırılıb.

Hazırda şəhərdə möhtəşəm Yeni il şənliyinə hazırlıq işləri davam etdirilir.

Bu bayram Kəlbəcər sakinləri üçün təkcə Yeni ilin gəlişi deyil, həm də doğma torpaqlara qayıdışın rəmzi kimi yadda qalacaq. Dünəndən Kəlbəcərə yağmağa başlayan qar isə bayram sevincinə əlavə sevinc qatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
1
moderator.az

2Источники