Fevralın 3-də Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub. Fevralın 5-də Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Fevralın 6-da Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib, digər sərəncamla o, maliyyə naziri təyin olunub.
Onun yerinə fevralın 7-də Anar Əliyev nazir müavini vəzifəsindən azad edilərək, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Fevralın 12-də Elnur Bağırov Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin olunub.
Fevralın 13-də Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Fevralın 17-də Prezident İlham Əliyev Azər Qasımovun Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Mart Mart ayında təyinatla bağlı ilk sərəncam Şahin Babayevlə bağlı olub. Belə ki, martın 3-də o, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru təyin edilib.
Aprel Aprelin 9-da Anar Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub.
May Mayın ilk günündə İlham Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Eyni gün Prezident Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Mayın 12-də Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub.
Mayın 13-də Bəhruz Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Mayın 14-də Tural Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunub.
İyun İyunun 21-də Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
İyul İyulun 7-də Nazim Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin olunub.
Sentyabr Sentyabrın 9-da Hüseyn Hüseynov Azərbaycan Respublikasının Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Oktyabr Oktyabrın 24-də general-mayor İlqar Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə Sərdar Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin olunub.
Seymur Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Eldar Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında səfir vəzifəsindən geri çağırılaraq, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin sərəncamı ilə Şahin Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında və Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Digər sərəncamla o, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Eyni gün Mütəllim Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Əliyənnağı Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb, onun yerinə Taleh Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Elvin Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Eyni gün Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 