RU

Fransa Ukrayna ordusunu gücləndirəcək

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini dörd özəl hərbi şirkətin (PMC) köməyi ilə gücləndirmək niyyətindədir. Newscenter.az TASS-a istinadən bildirir ki, onlar 2026-cı ildə Ukraynaya təhvil verilməsi planlaşdırılan Fransa qırıcı təyyarələrinə və hava hücumundan müdafiə sistemlərinə xidmət göstərməkdən məsul olacaqlar. "Fransa Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Amarant, GEOS, Task Force Napoleon və Defens Conseil International özəl hərbi şirkətlərinin döyüşçüləri ilə gücləndirilməsinə hazırlaşır. Onlar döyüş zonasına humanitar və məsləhət missiyalarının bir hissəsi olaraq göndəriləcək",-deyə açıqlamada qeyd edilir.Bu özəl hərbi şirkətlər üçün işə qəbul mərkəzləri Fransanın doqquz şəhərində yaradılıb. Açıqlamada qeyd olunur ki, onlarınvəzifələrinə, Dassault Mirage 2000 qırıcı təyyarələrinə və Fransa istehsalı olan hava hücumundan müdafiə sistemlərinə xidmət göstərmək də daxil olacaq.Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
newscenter.az

2Источники