RU

Xankəndi bayrama hazırdır-FOTO 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində iki yarmarka fəaliyyətə başlayacaq. Yarmarkaların təşkili ilə bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək “Qış nağılı” adlı yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, bayram ovqatlı "Qış nağılı" yarmarkası yanvarın 5-dək davam edəcək.

Yarmarkanin keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusi işıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb.

Eyni zamanda, dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni İl yarmarkası da olacaq. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının  təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar.

Dekabrın 29-da isə Xankəndidə  şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-də atəşfəşanlıq olacaq.

2222222222
Избранный
25
12
redaktor.az

10Источники