RU

Dünyanın ən uzun tuneli istifadəyəVERİLDİ

Çində dünyanın ən uzun avtomobil tunelinin açılışı olub.

Redaktor.az xəbər verir ki, bu barədə China National Radio məlumat yayıb.

Bildirilib ki, Sincan Uyğur Muxtar Rayonunda Urumçi–Veyli avtomobil magistralı üzərində yerləşən “Tyanşan Şenli” tunelinin uzunluğu 22 kilometri ötür. Tunelin tikintisinə 2020-ci ildə başlanılıb və layihəyə ümumilikdə 46,7 milyard yuan (təxminən 6,63 milyard ABŞ dolları) investisiya qoyulub.

Yeni tunelin istifadəyə verilməsi dağlıq ərazilərdən keçidi xeyli asanlaşdırıb. Məlumata görə, əvvəllər bir neçə saat çəkən marşrut indi cəmi 20 dəqiqəyə qət olunur.

Nuriyyə NATİQQIZI

Избранный
63
redaktor.az

1Источники