Almaniya millisinin və “Bavariya”nın futbolçusu Serj Qnabri karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 30 yaşlı vinger “Milan”ın maraq dairəsindədir və mövsümün sonunda onu azad agent kimi transfer etmək istəyir.
“Bavariya” da Qnabri ilə müqaviləni uzatmaq üçün təklif irəli sürüb. Futbolçu hələ yekun qərar verməyib.
Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir.