Wi-Fi vasitəsilə insanları divar arxasından izləmək mümkün olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Alimlər Wi-Fi dalğalarının insan bədənindən əks olunduğunu və şəxsiyyəti müəyyən etməyə imkan verdiyini sübut ediblər.
Məlumata görə, Karlsrue Texnologiya İnstitutunun (KIT) alimlərinin kəşfi əsasında insanları divarların arxasından Wi-Fi vasitəsilə izləməyə imkan verən işlək proqram təminatı hazırlanıb.
Bildirilir ki, Wi-Fi dalğaları insan bədənindən əks olunmaq xüsusiyyətinə malikdir. Məhz bu xüsusiyyət sayəsində maneələrin (divarların) arxasında olan insanın kimliyini müəyyən etmək və onun hərəkətlərini izləmək mümkünləşir.

Xuraman Etibarlı
İnterpress.az