RU

Nazir: 2026-cı ildə xarici siyasətdə sistemli addımlar xarakter daşıyacaq

BAKI, 26 dekabr. TELEQRAF

“2026-cı ildə xarici siyasətdə sistemli addımlar xarakter daşıyacaq, davamlılıq əsas prinsip olacaq”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, 2026-cı ildə də xarici ölkələrlə münasibətlərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq davam etdiriləcək:

Əldə olunan nailiyyətlər uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Azərbaycandan Gürcüstan üzəeindən Ermənistana yüklərin daşınması reallığa çevrilib. Halbuki bir neçə il əvvəl bu barədə danışmaq belə mümkün deyildi. O dövrdə işğal faktoru mövcud idi. Hazırda isə bölgədə yeni reallıqlar formalaşıb”.

Избранный
74
teleqraf.com

1Источники