ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Suriyada İmam Əli şiə məscidində baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, 21 nəfər yaralanıb.Bu barədə "Report" "SANA"ya istinadən xəbər verir."Əl-Ərəbiyyə"nin məlumatına görə, Homs şəhərinin rəsmiləri partlayışın məscidin içərisinə yerləşdirilmiş xüsusi hazırlanmış partlayıcı qurğu səbəbindən baş verdiyini təsdiqləyib.Cinayətin motivləri və partlayışı törədən şəxslərin adları hələlik müəyyən edilməyib.***
14:42Naməlum şəxs Suriyanın Homs şəhərində İmam Əli məscidində cümə namazı zamanı partlayış törədib."Report" xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.İlkin məlumatlara görə, üç nəfər ölüb, beş nəfər yaralanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.