RU

Bakıda 45 yaşlı kişi öldürüldü: Saxlanılan var

Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
40
6
cebheinfo.az

7Источники