RU

Tailand ordusu bir neçə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tailand ordusu Kamboca ilə sərhəddə baş verən münaqişə zamanı Sakeu bölgəsinin əsas ərazilərinə nəzarəti ələ keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Tailand ordusu məlumat yayıb.

"Burafa" xüsusi təyinatlı qüvvələri Ban-Kxlonq-Pxenq, Ban-Nonq-Ya-Keu və Ban-Nonq-Çan yaşayış məntəqələrini nəzarətə götürüb. Qoşunlar cəbhə xətti boyunca mövqe tutmağa hazırlaşır. Ərazini nəzarətdə saxlamaq və mövqeləri qorumaq üçün qarşı tərəfin hücumlarına cavab veriləcək", - deyə Tailand ordusundan bildirilib.

15:22

Tailand ordusu piyada, zirehli texnika və təyyarələrlə Kambocaya hücum edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Khmer Times" nəşri Kamboca Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarələri ən azı 40 hücum həyata keçirib.

Kamboca ordusunun məlumatına görə, Tailand qırıcılarının hücumu yaşayış binalarına və mülki infrastruktura ciddi zərər vurub.

Qeyd edək ki, Tailand və Kamboca arasında atəşkəsin təmin edilməsi üçün dekabrın 27-də birgə Baş Sərhəd Komitəsi çərçivəsində yüksəksəviyyəli müzakirələrin keçiriləcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
1
oxu.az

2Источники