RU

Prezidentin mənzil verdiyi idmançılar KİMDİR?

Prezident İlham Əliyev 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Orderlər Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə təqdim edilib.

NOCOMMENT.az mənzillərlə mükafatlandırılan idmançıları araşdırıb:

Şəmsi Səfərli ağırlıqqaldırma mütəxəssisi, Əməkdar məşqçidir. O, 1969-cu il yanvarın 1-də Qobustan rayonunda anadan olub. Tanınmış mütəxəssis 1992-ci ildən bəri sözügedən idman növü üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur.

Morteza Validarvi Azərbaycan badminton millisinin baş məşqçisidir. İranlı mütəxəssis 2018-ci ildən Azərbaycan milli komandasına rəhbərlik edir. O, bu ilin iyulunda “Əməkdar Məşqçi” adına layiq görülüb.

Mənzillə mükafatlandırılanlar arasında yer alan Mehran Həmidzadə Azərbaycan Basketbol Federasiyasının (ABF) Nizam-İntizam komissiyasının sədridir. O, 2015-ci ildə bu vəzifəyə təyin edilib.

Dövlət başçısının ev hədiyyə etdiyi Malik Həsənov isə peşəkar boksla məşğuldur. O, son olaraq, Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin məşqçisi İmamverdi Məmmədov da siyahıda olanlar arasındadır.

Sentyabrda Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında yerinə yetirdiyi inanılmaz elementlə gümüş mükafata sahib çıxan, adından söz etdirən azərbaycanlı gimnast Tofiq Əliyev də mənzilə layiq görülüb.

Prezidentin mənzil bağışladığı idman nümayəndələrindən biri də Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayevdir.

Solmaz Adilova sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandanın məşqçisi, Avropa və dünya üçüncüsüdür.

Peşəkar güləşçi Ülvi Qənizadə bu ilin sentyabrında,  Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Yunan-Roma güləşi üzrə dünya çempionu olub. Bu, onun sayca 2-ci dünya çempionluğudur.

Murad Məmmədov peşəkar güləşlə məşğuldur. O, 2024-cü ilin fevralında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu olub.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş katibi Aygül Abdullayeva da sevinənlər sırasındadır.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban prezident tərəfindən mənzillə mükafatlandırılıb.

Xəyyam Orucov zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvüdür. O, Hindistanda keçirilən  zorxana üzrə yarışda 1 gümüş və 2 bürünc medal qazanıb.

Prezidentin mənzil bağışladığı digər idman mütəxəssisi isə Azərbaycanın gənclərdən ibarət karate millisinin baş məşqçisi Elnur İbrahimdir.

Azərbaycan Savat millisinin baş məşqçisi Taleh Nağızadə də siyahıda olanlar arasındadır.

Nərmin Kazımova tanınmış şahmatçı və qrosmeysterdir. O, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb.

Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə də mənzilə layiq görülənlər siyahısındadır.

Prezidentin mənzillə mükafatlandırdığı şəxslərdən biri də Cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyevdir.

Güllə atıcılığı üzrə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Böyükxanım Astanova dövlət başçısı tərəfindən mənzil orderi ilə mükafatlandırılıb.

Избранный
29
1
nocomment.az

2Источники