RU

Tıxaca səbri çatmayan sürücü əks yola çıxıb maşınların üzərinə sürdü VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Binəqədi şossesində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 25-də saat 15:03 radələrində qeydə alınıb. Belə ki, 77-HL-201 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü tıxacda gözləmək istəmədiyi üçün əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Kadrlardan göründüyü kimi, bu hərəkət qarşıdan gələn avtomobillər üçün ciddi qəza təhlükəsi yaradıb.

Qaydaları pozmaq bir anlıq rahatlıq üçün olsa da, nəticədə həm özünüzün, həm də digər sürücülərin həyatını risk altına qoyur. Tıxacda səbirli olmaq və yol hərəkəti qaydalarına riayət etmək hər bir sürücünün məsuliyyətidir.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
avtosfer.az

1Источники