“Türkiyə Azərbaycan üçün qardaş dövlətdir, müttəfiq ölkələrik. Bu münasibətlərin bənzəri yoxdur”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, münasibətlərin əsasında tarixi bağlarla yanaşı iki ölkə lideri arasında duran səmimi münasibətlər durur: “Türkiyə Azərbaycan üçün həssas olan Ermənistanla münasibətlərdə hər zaman Azərbaycana dəstək olub. 44 günlük Vətən müharibəsindən sonra da Türkiyə-Ermənistan normallaşma prosesi koordinasiyalı fəaliyyətlə həyata keçirilib. Bu, müsbət nəticələr verməkdədir. Həmkarım Hakan Fidan da TBMM-də demişdi ki, Ermənistanla Türkiyə münasibətləri Azərbaycanın Ermənistanla münasibətlərinə bağlıdır. Əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcək. Türkiyədən Ermənistana təyyarə uçuşlarının sayının gələn ildən artırılması bizim üçün yenilik olmadı. Bu qərar barədə bizdə məlumat var idi".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта