RU

XİN: Aİ yə üzv ölkələrlə olan əlaqələrin inkişafı prioritetdir

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı hörmətə, bərabərhüquqlu yanaşmaya və ortaq maraqlara əsaslanan dialoq və əməkdaşlığın inkişafı istiqamətində müsbət dinamika müşahidə olunur. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazir bildirib ki, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində dialoq mərhələsi çərçivəsində müzakirələr aparılıb, qarşılıqlı səfərlər və müxtəlif səviyyəli görüşlər keçirilib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlıq layihələri üzrə danışıqlara başlanılması, innovativ və dayanıqlı əməkdaşlıq formatlarının formalaşdırılması istiqamətində işlər görülüb. Avropa İttifaqının Azərbaycan üçün nəzərdə tutulmuş fəaliyyət proqramı çərçivəsində, o cümlədən, mina təmizləmə fəaliyyəti, su və nəqliyyat sektorlarında dayanıqlı inkişafın dəstəklənməsi üzrə layihələrin bu ilin sonunadək davam etdirilməsi planlaşdırılır:

“Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində prioritet istiqamətlərdən biri Aİ-yə üzv ölkələrlə strateji formatda ikitərəfli əlaqələrin inkişafıdır. Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir”.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
bakivaxti.az

1Источники