RU

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir

BAKI, 26 dekabr. TELEQRAF

"Pezidentİlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu aydındır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Buna Rusiya–Ukrayna müharibəsi kontekstində də şahid ola bilərik. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlərini qoruyub saxlayır. Biz ilk gündən bəyan etmişik ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir. Eyni zamanda, Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin səbəbi Ukrayna müharibəsi deyil, AZAL-a məxsus təyyarə ilə bağlı insidentdir”,- o qeyd edib.

Избранный
35
teleqraf.com

1Источники