RU

“Azərbaycanla Türkiyə arasında qardaşlıq və əməkdaşlıq davam edir” - Ceyhun Bayramov

"Azərbaycanın göstərdiyi mənəvi və siyasi dəstək unikal nümunə olaraq diqqət çəkir. Dünyada başqa heç bir ölkə Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, qardaş münasibətlərə malik deyil. 44 günlük müharibədən sonra və son 5 il ərzində bu qardaşlıq və əməkdaşlıq eyni ruhda davam edir".

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, bu əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, həm də institusional və strukturlaşdırılmış fəaliyyətlərlə möhkəmləndirilir:

“Bu cür koordinasiyalı fəaliyyətlər çox müsbət nəticələr verir. Nəticəsini həm çətin dövrlərdə, həm də sülh və inkişaf istiqamətində atılan addımlarda görürük”.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycanın mövqeyi və təşəbbüsləri Türkiyənin mövqeyi ilə tam üst-üstə düşür:

“Yaxın günlərdə verilmiş sualın cavabı Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqləndi. Bu, Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimadın və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini göstərir”.

Nazir vurğulayıb ki, bu əməkdaşlıq heç bir tələbsiz və təmənnasız şəkildə davam etdiriləcək və gələcəkdə də güclənəcək.

Müəllif: Günel Fərzəliyeva
Избранный
20
sia.az

1Источники