RU

Rusiya Türkiyəyə 9 milyard dollar ayırdı

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Energetika naziri Alparslan Bayraktar Ankaranın “Akkuyu” stansiyanın artıq 2026-cı ildə istismara veriləcəyini gözləyir.

Rusiyanın “Rosatom” şirkəti 2010-cu ildə imzalanmış 20 milyard dollarlıq müqaviləyə əsasən, Aralıq dənizi hövzəsinin Mersin vilayətinin Akkuyu rayonunda Türkiyənin ilk AES-ni tikir. Stansiyanın bu il istifadəyə verilməsi gözlənilsə də, bir sıra obyektiv və subyektiv səbəblərdən bu müddət təxirə salınıb.

“Bu vəsaitin 2026-2027-ci illərdə istifadə olunacağı ehtimal edilir. Bu məbləğin ən azı 4-5 milyard dolları 2026-cı ildə xarici maliyyələşdirməyə ayrılacaq”, - Alparslan Bayraktar deyib.

“Akkuyu” AES layihəsinə Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları (su-sulu enerji reaktoru) olan dörd enerji bloku daxildir. Hər blokun gücü 1200 MVt olacaq.

Sahil İsgəndərov
AzVision.az
Избранный
22
azvision.az

1Источники