RU

Vardanyanın məhkəməsi təxirə salındı


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 26-na təyin olumuş məhkəmə prosesi təxirə salınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, buna səbəb təqsirləndirilən şəxsin müdafiəçisi Emil Babışovun məhkəməyə müraciət edərək, özünün səhhətində yaranmış problemlə bağlı məhkəmənin təxirə salınmasını xahiş etməsidir.
Məhkəmə vəkilin müraciətini nəzərə alıb.
Növbəti məhkəmə iclası dekabrın 30-na təyin edilib.
Избранный
59
7
yeniavaz.com

10Источники