RU

Nazir: “Azərbaycanın əməkdaşlığı olmadan bu layihənin icrası mümkün deyil”

“Azərbaycanla Naxçıvan arasında bağlantı yaradılması ilə bağlı 2020-ci ildə razılıq var idi”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O deyib ki, Ermənistan uzun müddət bu istiqamətdə heç bir addım atmayıb: “Azərbaycan bu istiqamətdə avtomobil yolunun, dəmir yolunun inşası ilə bağlı dərhal işlərə başlayıb. Gələn ilin sonuna qədər Azərbaycan ərazisindən keçən dəmir yolu Ermənistan sərhədinə qədər çatacaq”.

Nazir qeyd edib ki, TRİPP marşrutu layihəsi ABŞ üçün çox mühümdür: “Bu layihənin icrası üçün Ermənistan tərəfində də artıq işlərə başlanmalıdır. Bizdə olan məlumat ondan ibarətdir ki, ABŞ-ın bu işlə məşğul olan nümayəndələri hazırda Ermənistanla danışıqlar prosesindədir. Bu, ikitərəfli formada həyata keçirilir. Ümid edirik işlər sürətlənəcək. Eyni zamanda, TRİPP marşrutunun həm giriş, həm çıxış nöqtəsi Azərbaycan ərazisidir. Azərbaycanın əməkdaşlığı olmadan bu layihənin icrası mümkün deyil. Biz ona görə də şərtlərimizi və gözləntilərimizi əvvəlcədən təqdim etmişik. Hesab edirik ki, nəzərə alınacaq”.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
15
7
yenisabah.az

8Источники