RU

“Real” PSJ-nin futbolçusunu transfer edir

PSJ-nin aparıcı futbolçularından Vitinya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Real” portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə “Defensa Central” məlumat yayıb.

26 yaşlı futbolçunun PSJ ilə müqaviləsində DÇ-2026-dan sonra aktivləşəcək 90 milyon avroluq sərbəstqalma maddəsi var və Madrid klubu bu məbləği ödəməyə hazırdır.

Vitinya 2022-ci ildə “Portu”dan 41 milyon avroya PSJ-yə transfer olunub. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Избранный
40
idmanxeber.az

1Источники