RU

Nazir: Beynəlxalq qurumlar Azərbaycanla təzyiq dili ilə danışmağın mümkün olmadığını dərk edirlər

Bakı, 26 dekabr, AZƏRTAC

2023-cü ildə Azərbaycan antiterror tədbirləri həyata keçirdikdən sonra ölkəmizə qarşı müəyyən təzyiqlər meydana gəldi. Belə ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə süni əngəllər yaradıldı. Lakin bu gün həmin beynəlxalq qurumlar yanlış addımlar atdıqlarını başa düşürlər və artıq Azərbaycanla yalnız təzyiq dili ilə danışmağın mümkün olmadığını dərk edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

Избранный
87
2
azertag.az

3Источники