RU

Premyer Liqa nəhənginin əsas hədəfi

“Mançester Yunayted” rəhbərliyi növbəti ildə komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas transfer hədəflərindən biri “Kristal Pelas”ın və İngiltərə millisinin müdafiəçisi Mark Quehidir.

Ancaq klub bu transfer uğrunda ciddi rəqabətlə üzləşə bilər. Belə ki, futbolçuya “Mançester Siti” və “Liverpul” da maraq göstərir. Bundan başqa, “Mançester Yunayted”in diqqət mərkəzində “Atalanta”nın 17 yaşlı müdafiəçisi Honest Ahanor da yer alır.

Ruben Amorimin rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının cari mövsümündə 17 oyunda 28 qol buraxıb və hazırda 26 xal toplayaraq, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Избранный
28
msport.az

1Источники