RU

Azərbaycan Cüdo Federasiyasında məşqçilər üçün ustalıq imtahanları təşkil olundu FOTO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə I və II dan dərəcələri üzrə seminar və imtahan təşkil edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, tədris prosesinə ümumilikdə 30 nəfər cəlb olunub.

Proqram çərçivəsində I dan dərəcəsi üzrə “Nage-no-Kata”, II dan dərəcəsi üzrə isə “Katame-no-Kata” istiqamətində nəzəri və praktik məşğələlər keçirilib, iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.

Tədbirə Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru Mehmet Yılmaz da dəvət olunaraq təcrübə mübadiləsində iştirak edib.

ACF dan dərəcələrinin inkişafı istiqamətində məşqçilər üçün təlim və imtahan proseslərini mütəmadi şəkildə davam etdirir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
6
icma.az

7Источники