RU

Bu çay dişləri daha tez ləkələyir -Stomatoloqdan XƏBƏRDARLIQ

Skandinaviya Sağlamlıq Mərkəzinin stomatoloqu Yekaterina Tsıbina xəbərdarlıq edib ki, "maça çayı" dişlərin rəngini qəhvədən daha çox dəyişir.

Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya açıqlamasında danışıb.

Tsıbina izah edib ki, "maça çayı" adi dəmləmə deyil, suya və ya südəyə qarışdırılmış tozdur.

“Tozun kiçik hissəcikləri yüksək piqment konsentrasiyasına malik olduğundan dişlərin səthində, xüsusilə boyun nahiyəsində və diş aralarında daha uzun müddət qalır və bu sahədəki incə zülal təbəqəsinə yapışır. Bu isə ləkələrin daha sıx və gözə çarpan olmasına səbəb olur”, - deyə stomatoloq bildirib.

Aytəkin TOFİQQIZI

Избранный
90
1
redaktor.az

2Источники