RU

"Real" "Barselona"dan milyonlarla dollar təzminat tələb edəcək

“Real” və “Barselona” arasındakı gərginlik Madrid klubunun prezidenti Florentino Peresin məşhur Neqreyra qalmaqalı ilə bağlı davamlı tənqidlərindən sonra daha da artıb.

Publika.az xəbər verir ki, bu qalmaqal artıq bir müddətdir Kataloniya klubunun imicinə ciddi zərbə vurur.

AS nəşrinin məlumatına görə, Peres xüsusilə “Barsa”dakı həmkarı Xuan Laportanın rəhbərlik etdiyi Superliqadan geri çəkilməsindən və "Neqreyra işi" fonunda UEFA və La Liqa ilə münasibətləri normallaşdırmasından sonra kəskin hücumlara başlayıb.

Bildirilir ki, hətta “Real”ın prezidenti "Neqreyra işi" səbəbindən dəymiş zərərə görə “Barselona”dan milyonlarla avro məbləğində kompensasiya tələb etməyə hazırlaşır.

Избранный
65
publika.az

1Источники