RU

“Fənərbağça” Salah üçün danışıqlara başladı

“Fənərbağça”  mövsüm sonunda “Liverpul”dan ayrılması gözlənilən Məhəmməd Salahı heyətinə qatmaq üçün addımlar atıb.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi misirli hücumçunun meneceri ilə danışıqlar aparır.

Məlumata görə, Salahın “Liverpul”dan ayrılması rəsmiləşərsə, klub onu gətirmək üçün bütün zəruri tədbirləri görməyə hazırdır.

Razılıq əldə olunmasa da, “Fənərbağça” transferi gələn mövsüm üçün planlaşdırır.

Избранный
17
idmanxeber.az

1Источники