RU

“Cəmşidnamə” məsnəvisinin tekstoloji linqvistik tədqiqi” yeni nəşr

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Arzu İsgəndərzadə və Tacəddin Əhmədinin “Cəmşidnamə” məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda XIV-XV əsrlərə aid “Cəmşidnamə” əsərinin dili və mətn xüsusiyyətləri araşdırılır. Tədqiqatda məsnəvinin yazı sistemi, söz ehtiyatı və dil quruluşu sadə və elmi şəkildə təhlil olunur.

Araşdırma İstanbul Universitetinin Nadir Əsərlər Kitabxanasında qorunan orijinal əlyazma əsasında aparılıb. Müqayisəli təhlillər vasitəsilə əsərdə işlədilən sözlərin mənşəyi, qədim türk dilləri ilə əlaqələri və zamanla dəyişən dil xüsusiyyətləri göstərilir. Kitab “Cəmşidnamə”nin dil baxımından zənginliyini və türk dili tarixi üçün əhəmiyyətini ortaya qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
azertag.az

1Источники