RU

Yeni il hədiyyəsi kabusa DÖNDÜ: Qadının üzü tanınmaz HALA DÜŞDÜ – FOTOLAR

Rusiyada Yeni il hədiyyəsi kabusa çevrilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Gözəlləşmək istəyən qadının damarları zədələnib, o, klinikanı məhkəməyə verir.

Məlumata görə, Rusiyanın Ufa şəhər sakini Valeriya Yeni il qabağı özünə hədiyyə etmək qərarına gəlib və dodaqlarına hialuron turşusu vurdurub. Bu prosedur ona 12 min rubla (təxminən 215 manat) başa gəlib.

Lakin səhəri gün qadın dəhşətli mənzərə ilə qarşılaşıb. Onun dodaqları həddindən artıq şişib, güclü ağrılar başlayıb və üzərində göyərmələr (hematoma) yaranıb. Həkimlər müayinə zamanı ona damar zədələnməsi diaqnozu qoyublar.

Klinika prosedurun məbləğini geri qaytarsa da, Valeriya bununla kifayətlənmək niyyətində deyil.

O, kompensasiya tələb edir və məhkəməyə iddia ərizəsi hazırlayır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
41
interpress.az

1Источники