RU

14 il sonra yenə birlikdə: Şvartseneqer keçmiş həyat yoldaşı ilə tətilə çıxdı

78 yaşlı Arnold Şvartseneqer 14 il əvvəl boşanmasına baxmayaraq, tətilini keçmiş həyat yoldaşı Mariya Şrayverlə birlikdə keçirib.

Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, cütlük 2011-ci ildə Şvartseneqerin ev işçisi Mildred Beyena ilə münasibətinin üzə çıxmasından sonra ayrılıb. Bu münasibətdən onun 28 yaşlı Cozef Beyena adlı oğlu dünyaya gəlib. Arnold və Mariyanın evliliyi 25 il davam edib və boşanma prosesi rəsmi olaraq yalnız 10 il sonra başa çatıb.

Cütlüyün qızı Ketrin Şvartseneqer “Instagram”da valideynləri ilə keçirdiyi anlar da daxil olmaqla ailəvi bayram görüntülərini paylaşıb. Fotolardan birində o, anası və atası arasında dayanaraq hər ikisi ilə birlikdə kameraya gülümsəyir.

Избранный
85
50
publika.az

10Источники