RU

"Sabah" 3 futbolçusu ilə vidalaşa bilər - ADLAR

Misli Premyer Liqasının lideri "Sabah" gələn ay 3 futbolçusu ilə vidalaşa bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar Ayaz Quliyev, Neqoş Kupusoviç və Boyan Letiçdir. 

Baş məşqçi Valdas Dambrauskasın əsas heyət üzvü gözü ilə baxmadığı, nadir hallarda forma şansı verdiyi Ayazla zədə səbəbindən adı çempionatın iştirak ərizəsinə salınmayan bosniyalı oyunçu Kupusoviçin müqavilələri cari mövsümün sonunda başa çatacaq. Sifariş edilməyən digər legioner - Letiçlə sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onların hər birinə özlərinə yeni iş yeri tapmaları tövsiyyə olunub.

Nihat

Избранный
91
2
fanat.az

7Источники