RU

Azərbaycanın xarici işlər naziri: David Babayana Qərb ölkələrinə 10 illik viza verilməsi ikili standartların bariz nümunəsidir  

Ərazilərimizdə qanunsuz fəaliyyət göstərən qondarma qurumun rəhbərlərindən biri olan David Babayana Qərb ölkələrinə 10 illik viza verilməsi ikili standartların bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, belə addımlar Avropa paytaxtlarının separatizmlə məşğul olan şəxslərə münasibətdə beynəlxalq hüququn normalarına uyğun siyasət yürütmə iddiasını sual altına qoyur.

Nazir, həmçinin insan hüquqları məsələsində Avropa ölkələrinin yanaşmasının - ikili standartlarının ABŞ tərəfindən tənqid olunduğunu da xatırladıb.

Избранный
62
1
azerbaijan-news.az

2Источники