RU

Xarici işlər naziri: Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur  

Azərbaycan və Türkiyə qardaş ölkələrdir və bu münasibətlərin bənzəri yoxdur. İki ölkə arasındakı əlaqələrdə prezidentlərimizin şəxsi münasibətləri də mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, Vətən müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycana Türkiyə qədər dəstək göstərən ölkə olmayıb. Bu dəstək ölkələrimiz arasındakı müsbət koordinasiyanın əsas tərkib hissəsidir.

“Türkiyənin mövqeyi ondan ibarətdir ki, Ermənistanla münasibətlər Azərbaycanla koordinasiyalı şəkildə aparılır. Məsələn, Ermənistan və Türkiyə arasındakı təyyarə uçuşlarının bərpası qərarından əvvəl Türkiyə ilə təmaslarımız olub və bu barədə məlumatlıyıq”, - deyə nazir vurğulayıb.

Избранный
48
1
azerbaijan-news.az

2Источники